Publisistika - Kenan Aydinoglu Offical Website

Şəfa VƏLİYEVA

Kənan AYDINOĞLU."Mənəvi zənginliyi ilə seçilən söz dünyası"

Kənan AYDINOĞLU.Xalq şairi Nəriman HƏSƏNZADƏYƏ məktub

"Eşitsək ki, ömür - yarı..." - Şəfa Vəli yazır

Kənan AYDINOĞLU."Mənə hərdən elə gəlir ki..."

Kamran MURQUZOV.вЂќXalqın azadlıq və mücahid şairi Xəlil Rza ULUTÜRKвЂќ

Kamran MURQUZOV.вЂќXalq şairi Nəriman Həsənzadənin yaradıcılığında antonim sözlərвЂќ (TEZİS)

Kamran MURQUZOV.вЂќXalq şairi Nəriman Həsənzadənin zəngin yaradıcılıq fəaliyyəti haqqında bir neçə sözвЂќ

Kamran MURQUZOV.вЂќKeşməkeşli həyat yolu, zəngin təcrübəsi, dastana və əfsanəyə çevrilən ömürвЂќ

Kamran MURQUZOV.вЂќVətən təəssübkeşi, istiqlal şairi Bəxtiyar VAHABZADƏвЂќ